Nazirliyin sənədləri

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı

Geri

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından protokol tərtib etmək səlahiyyəti olan şəxslər:

  1. Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
  2. Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavinləri;
  3. Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin rəisi;
  4. Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdiri;
  5. Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdir müavini;
  6. Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin baş məsləhətçiləri;
  7. Su Ehtiyatları Dövlət Agentliyinin rəisi;
  8. Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinləri;
  9. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri;
  10. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini.