AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ

14 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib. Lektoriyanın qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olub. 14 iyun 2019-cu il


14 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şəki şəhərində, nazirin birinci müavini Rəfail Mirzəyev tərəfindən Balakən şəhərində və nazir müavini Etibar Mirzəyev tərəfindən Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib. Qəbul barədə əlavə məlumat veriləcəkdir. 10 iyun 2019-cu il


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin bir hissəsi olaraq ölkəmizdə baş verən müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələrdən zərər çəkən vətəndaşların sağlamlığına və mülkiyyətinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı yüksək səviyyədə dövlət dəstəyi göstərilir. Son illər ardıcıl olaraq göstərilən bu dəstəyin... 07 iyun 2019-cu il


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb...


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına...


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai və Səbail rayonlarında ayrı-ayrı ünvanlarda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb...

Ümumi məlumat


5 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidmət ləğv olunaraq onlann bazasmda Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. 03 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafıq fərmanı ilə Xüsusi Riskli Xilasetmə Xidməti haqqında "Əsasnamə" təsdiq edilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.

 

İlk yardım

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Mühafizə

Fövqəladə hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir.

Nəticələrinin aradan qaldırılması

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Rəhbərlik haqqında məlumat


Paşayev Şahmar Ənvər oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor.

20.11.1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Ailəlidir. 3 övladı var.

Həsənov Məhərrəm İmanqulu oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini- qərargah rəisi, general-mayor.

29.11.1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində anadan olub.
Leninqrad şəhəri Sualtı Qayıqlar üzrə Ali Hərbi Dənizçilik Məktəbini və Türkiyə Respublikasının Hərbi Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Abbasov İlham Yaqub oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, polkovnik.

30.03.1964-cü ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Respublikası DİN Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Rəhimov Arzu Hüseyn oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin maddi-texniki təminat üzrə müavini, polkovnik.

30.09.1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Naxçıvan Dövlət Pedoqoji İnstitutunu bitirib.
Ailəlidir. 2 övladı var.