AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq... 16 yanvar 2019-cu il


Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur. 09 yanvar 2019-cu il


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: 08 yanvar 2019-cu il


Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin içərisində 1 ədəd məişət avadanlığı, istifadəyə yararsız ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanmışdır...


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək...


Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 4 m² sahədə və altına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır...

Ümumi məlumat


Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarəti həyata keçirən, habelə quruda və sularda qəza baş verdikdə və ya baş vermə ehtimalı böyük olduqda, neft və neft məhsullarının axımları ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 
 

Dəniz üzgüçülüyü

XHQX gəmilərinin təhlükəsiz istismarını təmin etmək;Dənizdə axtarış və xilasetmə, dağılmış neftin ləğvi əməliyyatları zamanı gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinə nəzarət etmək;Gəmi sürücülərinin bilik səviyyəsinin yüksək və müasir səviyyədə saxlanılmasına nəzarət etmək;Baş vermiş qəza hadisələrinin təhqiqatı, qeydə alınması və bu kimi hadisələrin baş verməməsinə dair tədbirlər planının hazırlanması;Qəza vəziyyətinə düşmüş gəmilərin kapitanlarına və digər üzən vasitələrin rəhbərlərinə təhlükəsiz üzmə barəsində göstəriş və məsləhətlər vermək.

Beynəlxalq standartlar

Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin  İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir.

Normativ tənzimləmə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir.

Rəhbərlik haqqında məlumat


Fuad Ramiz oğlu Bağırov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi.


Qəbul günləri:
bazar ertəsi 16:00 - 18:00

Samir Alim oğlu Orucov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəis müavini.


Qəbul günləri:
həftənin I-III-V günləri 10:00-15:00

Ağami Aydın oğlu Bəşirov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəis müavini.


Qəbul günləri:
həftənin I-III-V günləri 10:00-15:00

İlqar Vəli oğlu Vəliyev

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xarici əlaqələr və marketinq üzrə rəis müavini.


Qəbul günləri:
həftənin I-II-III-IV-V günləri 10:00-15:00

Fəxrəddin Xankişi oğlu Bünyadov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini.


Qəbul günləri:
həftənin I-II-III-IV-V günləri 10:00-15:00