AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ

8-9 aprel 2019-cu il tarixlərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi vəzifəsini icra edən Belkasem Elketroussinin dəvəti ilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Livan Respublikasının Beyrut şəhərində BMMT İcraiyyə Şurasının 52-ci sessiyasında iştirak edib. 17 aprel 2019-cu il


16 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin... 16 aprel 2019-cu il


12 aprel 2019-cu il tarixində Şamaxı şəhərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov... 12 aprel 2019-cu il


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 2 nəfər azyaşlı...


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı giriş...


İmişli rayonunun Qaradonlu kəndində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 20 m²sahədə...

Ümumi məlumat


Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.

 

Önləyici tədbirlər

Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.

Nəticələrinin aradan qaldırılması

əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;

Normativ tənzimləmə

Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Rəhbərlik haqqında məlumat


İlham Əsgər oğlu Allahverdiyev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti polkovniki.

05.01.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1987-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 1 övladı var.

Qəbul günləri:
cümə günləri saat 10:00-12:00

Kamal Namiq oğlu Əliyev

Azərbaycan Respublikası FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı.

19.02.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb elmləri namizədidir.
Ailəlidir. 3 övladı var.

 

 

Rəfiq Faiq oğlu Mirişli

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, polkovnik.

02.06.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
çərşənbə axşamı və cümə günləri saat 10:00-12:00

Mirzəyeva Aidə Rəfail qızı

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisinin muavini, tibb xidməti kapitanı

23.08.1980-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur.
Ailəlidir. 2 övladı var.