AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında... 18 oktyabr 2019-cu il


8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir. 16 oktyabr 2019-cu il


8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir. 12 oktyabr 2019-cu il


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində, Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


İmişli rayonunun Xəlfəli kəndində ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları 135 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb...


Qusar rayonunun Quxur kəndi ərazisində mürrəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb...

Ümumi məlumat


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edir, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata keçirir.

 

Yanğın təhlükəsizliyi

Dövlət Yanğın Nəzarəti Xidmətində mütamadi olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunur, Dövlət Yanğın Nəzarəti qurumlarının fəaliyyəti istiqamətləndirilir, yanğın təhlükəsizliyi sahəsində idarəetmə təkmilləşdirilir, yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək məqsədilə tədbirlər müəyyənləşdirilir.

Əhalinin marifləndirilməsi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə müxtəlif mövzuları əhatə edən regional seminarlar keçirir, yerlərdə yanğına qarşi təbliğat xarakterli səyyar foto – sərgilər nümayiş etdirir.

Beynəlxalq əlaqələr

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir.

Rəhbərlik haqqında məlumat


İsrayıl Məhərrəm oğlu Əliyev

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru.

24 May 1959-cu ildə Goranboy rayonunda anadan olub.
Azərbaycan Pоliteхnik Institutunu bitirib.
Ailəlidir. 4 övladı var.

Qəbul günləri: 
cümə günü (10:00-12:00)

Aqşin Böyükağa oğlu Kazımov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki.

28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
cümə günü (10:00-12:00)

Rəşad Fətiağa oğlu Əbilov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki.

20 fevral 1978-ci ildə Gəncə şəhərində anadan olub.
Azərbaycan Dövlət Kənd Təssərüfatı Akademiyasının iqtisadiyat fakultəsini və Y.Mudrov adina Ukrayna Dövlət Hüquq Universitetinin hüquq fakultəsini bitirib.
Ailəlidir. 2 övladı var.