AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 04 mart 2021-ci il
3 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat-pleniumu keçirilib. 03 mart 2021-ci il
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 03 mart 2021-ci il
Ağstafa rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb...
Balakən rayonunun Talalar kəndində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 152 m² sahədə yanıb...
Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 153 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 6 ton yem məhsulunun (qarğıdalı) 4,2 tonu yanıb...
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarəti həyata keçirən, habelə quruda və sularda qəza baş verdikdə və ya baş vermə ehtimalı böyük olduqda, neft və neft məhsullarının axımları ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən qurumdur.
Xidmətin fəaliyyəti haqqında
Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.
XHQX gəmilərinin təhlükəsiz istismarını təmin etmək;Dənizdə axtarış və xilasetmə, dağılmış neftin ləğvi əməliyyatları zamanı gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinə nəzarət etmək;Gəmi sürücülərinin bilik səviyyəsinin yüksək və müasir səviyyədə saxlanılmasına nəzarət etmək;Baş vermiş qəza hadisələrinin təhqiqatı, qeydə alınması və bu kimi hadisələrin baş verməməsinə dair tədbirlər planının hazırlanması;Qəza vəziyyətinə düşmüş gəmilərin kapitanlarına və digər üzən vasitələrin rəhbərlərinə təhlükəsiz üzmə barəsində göstəriş və məsləhətlər vermək.
Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir.