AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 48 saylı Yol İstismar MMC-də “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

26 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib.

25 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Siyəzən rayonunun “Siyəzənneft” Neft Qaz Çıxarma İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

22 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayon Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşları və kəndin işləməyən əhalisi üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

18 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən İmişli regional “ASAN xidmət” mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

17 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Mərkəzin 2023-cü tədris ili üçün Hazırlıq planına müvafiq olaraq “ALCO” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.

14 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” mövzusunda Hirkan Milli Parkında müşavirə keçirilib.

10 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayon “16 nömrəli Yol İstismarı” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin masaüstü nümunəvi mülki müdafiə məşqi keçirilib.

09 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Astara Rayon İcra Hakimiyyəti başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” və “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata...

08 avqust 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən İmişli rayon “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda masaüstü nümunəvi mülki müdafiə məşqi keçirilib.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr