Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 29 noyabr 2013-cü il tarixində Kürdəmir rayonu Q.Əliyev adına Qarabucaq kənd orta məktəbində müəllim və şagird heyətinin iştirakı ilə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 26-28 noyabr 2013-cü il tarixində Gəncə və Qazax şəhərlərində “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirmişdir.
27 noyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 19 nömrəli orta məktəbdə “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 27 noyabr 2013-cü il tarixində İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları noyabr ayının 27-də Hacıqabul şəhər 4 saylı orta məktəbdə payız-qış mövsümü ilə əlaqədar ”Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran rayon Mədəniyyət və Turizm şöbəsində 27 noyabr 2013-cü il tarixində “Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 26 noyabr 2013-cü il tarixində Gəncə şəhər 28 saylı orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir “Məktəblərdə qış ayları zamanı təhlükəsizlik qaydaları” adı altında iki hissədən ibarət olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 22 noyabr 2013-cü il tarixində Samux şəhəri 2 saylı orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 22 noyabr 2013-cü il tarixində Naftalan şəhər mədəniyyət evinin işçilərinin iştirakı ilə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi noyabr ayının 22-də Bakı şəhəri, Nəsimi rayonundakı 5 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.