29 март 2013-ci il tarixində Sumqayıt şəhərində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi “Texniki təhlükəsizlik-aktual suallar” mövzusunda seminar-müşavirə keçirmişdir.
29 mart 2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Göyçay rayonunun səhiyyə işçiləri ilə “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.
28 mart 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
8-10 mart tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ağırlıqqaldırma (“Power lifting”) üzrə Azərbaycan çempionatı keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşı Bəhruz Aydın oğlu Aslanov növbəti idman uğuruna imza atmışdır.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi martın 15-də əhalinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədi ilə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyində Ağcabədi rayon Təhsil şöbəsinin pedaqoji kollektivi ilə “Yanğın təhlükəsizliyi qaydalarına hamımız...
Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti 14 mart 2013-cü il tarixində Sumqayıt Regional Mərkəzinin inzibati binasında Mərkəz əməkdaşlarının iştirakı ilə Xidmətin “Dəvəçi”, “Tağıyev”, “Sumqayıt”, “Corat” və “Novxanı” sularda xilasetmə məntəqələrinin əməkdaşları ilə tədris-metodiki toplantı keçirilmişdir.
14 mart 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Kürdəmir rayon 2 saylı orta məktəbində “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (BRM) ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əhalinin hazırlanması məqsədilə paytaxtın təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Belə tədbirlərdən növbətisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi...
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi martın 13-də Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birgə Yardımlı rayon M.A.İmanov adına Ostair və Dəlləkli kənd...