Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 30 may 2013-cü il tarixində Sumqayıt Regional Mərkəzinin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirmişdir.
29 may 2013-cü il tarixində FHN Sumqayıt Regional Mərkəzi Abşeron rayon Məhəmmədi kəndində fəaliyyət göstərən “A AGRO” MMC-də “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
28 may 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr edilmiş məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” zona birinciliyi keçirilmişdir.
27 may 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) Şəki rayon Oxut kənd orta məktəbində praktiki tədbir keçirmişdir.
Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, insanların bu sahədə daha da bilikli, təlimatlı olması, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışının və xilas edilməsinin daha səmərəli şəkildə təşkili istiqamətində məqsədyönlü işlərin aparılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 23...
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” devizi altında may ayının 24-də Yasamal rayonundakı 1 №-li Bakı Tibb Kollecində “Fövqəladə hallarda...
Mayın 23-də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində məktəblilər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” zona yarışları keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları 22 may 2013-cü il tarixində Biləsuvar Rayon Mədəniyyət mərkəzində dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi mövzusunda...
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 23 may 2013-cü il tarixində Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətində FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti müşavirə keçirmişdir.