Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Hacıqabul rayon İcra Hakimiyyətinin akt zalında ”Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda seminar-müşavirə keçirdi.
FHN-nin Sumqayıt Regional Mərkəzi Xızı rayonunun Baxışlı kəndi və Altıağac qəsəbəsində yerləşən meşə sahələrində, eləcə də “Cənnət bağı”, “Vüsal”, “Mərcan”, “Altıağac”, “Həyat” istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzində 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Sumqayıt Regional Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları iştirak etmişlər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Dəniz Vağzalında yanğına qarşı təbliğat xarakterli növbəti tədbir keçirmişdir.