AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 yanvar 2017-ci il

Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

27 yanvar 2017-ci il

27 yanvar 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində dislokasiya ərazisinə daxil olan rayonlar üzrə sel təhlükəsi ehtimal olunan kəndlərin icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə toplantı keçirilmişdir.

27 yanvar 2017-ci il

23-27 yanvar 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 14 komandadan 60-ə yaxın əməkdaş iştrak etmişdir.

26 yanvar 2017-ci il

26 yanvar 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə Füzuli rayonu Horadiz şəhər 1 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

26 yanvar 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 yanvar 2017-ci il tarixində Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

26 yanvar 2017-ci il

26 yanvar 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nizami rayonunda yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində  maarifləndirmə  tədbiri keçirmişdir.

26 yanvar 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 26 yanvar tarixində Yasamal rayonu 153 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

25 yanvar 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

25 yanvar 2017-ci il

25 yanvar 2017-ci ildə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birlikdə Beyləqan rayonu Y. Quliyev adına Bünyadlı kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

25 yanvar 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 yanvar 2017-ci il tarixində Neftçala rayon M.Əsədov adına internat ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr