AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

06 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 6 noyabr 2018-ci il tarixində Beyləqan şəhər 5 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

06 noyabr 2018-ci il

25-27 oktyabr 2018-ci il tarixlərində Rumuniyanın Buxarest şəhərində Kempo şərq əlbəyaxa döyüşü üzrə Avropa çempionatı keçirilmişdir. Çempionata 40 ölkədən 1000-dən çox idmançı qatılmışdır. Yarışda FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin giziri Rüstəm Muslümov 80 kq çəki dərəcəsində gümüş medal qazanmışdır.

05 noyabr 2018-ci il

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidməti  FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə  Bakı və Sumqayıt qarnizonlarının Yanğından Mühafizə hissələri arasında “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış müsabiqə keçirmişdir.

05 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində yanğın təhlükəsizliyi tədbirləri həyata keçirmişdir. Tədbirlər yanğın profilaktikası və baş verəcək yanğınların mütəşşəkil söndürülməsi vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilmişdir.

03 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2 noyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.Tədbirin...

02 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə 2 noyabr 2018-ci il tarixində maarifləndirmə tədbiri keçirmişdir.

01 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Azərbaycan İES” və Mingəçevir SES MMC-də yanğın təhlükəsizliyi tədbirləri keçirmişdir. “Azərbaycan İES” və Mingəçevir SES MMC-nin rəhbər və mühəndis heyəti ilə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğına qarşi vəziyyəti öyrənilmişdir.

01 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 1 noyabr 2018-ci il tarixində Göygöl rayonu 6 nömrəli tam orta məktəbdə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

01 noyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Dövlət Neft  və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlının müraciətinə əsasən, həmin universitetin nəzdində fəaliyyət göstərən...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr