AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 mart 2019-cu il

2019-cu il 13 mart tarixində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ilə “Qarşılanma və yolasalma məntəqəsi (RDC) və Əlaqələndirmə mərkəzinin (OSOCC, UCC) fəaliyyətlərinin təşkili” mövzusunda növbəti metodiki toplantı keçirilib.

13 mart 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şəki şəhər 11 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi Sabirabad rayon Xəlfəli kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi Xızı rayon C.Novruz adına Sitalçay 1 nömrəli tam orta məktəbində müəllim və şagirdlərin iştirakı...

13 mart 2019-cu il

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi DYNİ-nin təşkilatçılığı və Bakı Regional Mərkəzinin iştirakı ilə Binəqədi rayonunda yerləşən Xocahəsən Sağlamlıq Mərkəzində səhiyyə obyektlərinin yanğın təhlükəsizliyinin daha etibarlı təmin olunması məsələsinə həsr  olunmuş maarifləndirmə tədbiri təşkil olunub.

12 mart 2019-cu il

2019-cu il 12 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə maarifləndirmə tədbiri keçirib.

12 mart 2019-cu il

2019-cu il 12 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbində “Fövqəladə hallar: təbii və texnogen qəzalar zamanı ilkin tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirib.

07 mart 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi isə Astara şəhər 4 nömrəli tam orta məktəbində  “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçiriblər.

07 mart 2019-cu il

7 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən tədbir keçirilib.

07 mart 2019-cu il

2019-cu il 7 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları arasında “Azərbaycan Respublikasının mübarizə tarixi” mövzusunda intellektual bilik yarışı keçirilib.

06 mart 2019-cu il

2019-cu il 6 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Salyan rayonu Qızılağac kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

06 mart 2019-cu il

2019-cu ilin 6 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr