AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. 27 mart 2023-cü il


Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2023” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşallarının bacarıq və təcrübələrinin artırılması məqsədilə 25 mart 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim... 25 mart 2023-cü il


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24. 24 mart 2023-cü il


Kürdəmir rayonunun Pirili kəndində ümumi sahəsi 30 m² olan kafenin taxta konstruksiyalardan ibarət tavanı 15 m² sahədə yanıb...


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında...

Ümumi məlumat


AR Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 N-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində 8 şöbə, bu şöbələrin nəzdində 9 sektor fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 
 

Vahid siyasət

Nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

 

Təhlükəsizliyin tənzimlənməsi

Nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir. Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

 

Qanunvericilik

Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

 

Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı fəaliyyətlərə "xüsusi icazə" almış müəssisələrin siyahısı

Fiziki şəxslər üçün

Hüquqi şəxslər üçün

Xüsusi icazədə göstərilən fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olan mütəxəssislərin SİYAHISI

Hüquqi şəxsin (müəssisənin/təşkilatın) və ya Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin malik olduğu rentgen aparatları (qurğuları) və digər ionlaşdırıcı şüalanma generatorları haqqında illik inventarizasiya məlumatları

Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə İstehsalat Nəzarəti Proqramı

Qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramı

Hüquqi şəxsin (müəssisənin/təşkilatın) və ya Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin malik olduğu radioaktiv mənbələr və radioaktiv mənbəli avadanlıqlar (cihazlar, qurğular) haqqında İllik inventarizasiya məlumatları

Tibbi Rentgen Avadanlığının İstismarı Zamanı Radiasiya Təhlükəsizliyinin Təmin Olunmasına Dair Təlimat

Radiasiya Təhlükəsizliyinə Cavabdeh Şəxsin Vəzifə Borcları Və Hüquqları

Rəhbərlik haqqında məlumat


Əliyev Nicat Novruz oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi.

01.09.1986 tarixində Bakı şəhərində  anadan olub. Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.

Ailəlidir. 2 övladı var.

Əmiraslanov Xəzər Kamal oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini.

20.02.1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Robot-Texnikası fakultəsini və Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.